DİN-dən polisin fəaliyyətinə müdaxilə edənlərə XƏBƏRDARLIQ
12:33 21 Sentyabr 2021
"Polisin fəaliyyətinə müdaxilə "Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.
Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qanunla səlahiyyət verilən şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir:
"Bununla bağlı "Polis haqqında” Qanunun 8-ci maddəsində hüquq norması var. Həmin normaya görə, polisin fəaliyyətinə qanunsuz müdaxilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.
Polisin fəaliyyətinə müdaxilə əməlin, yaxud hərəkətin tərkib əlamətinə görə, intizam, inzibati və cinayət məsuliyyəti yarada bilər. Əgər hansısa vətəndaş polisin fəaliyyəti ilə bağlı qarşılaşdığı, başqa sözlə, neqativ zənn etdiyi halla rastlaşarsa, bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət edə bilər. Daxil olan bütün şikayətlərə operativ reaksiya verilir, təfərrüatı tam və hərtərəfli yoxlanılır”.
Oxunub: 1265
Oxşar xəbərlər
- DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI
- DİN-dən bu sürücülərə XƏBƏRDARLIQ: 50 manat cərimələnəcəklər
- DİN-dən qazilərin aksiyası ilə bağlı açıqlama
- DİN-dən xüsusi əməliyyat: Silahlı şəxslər tutuldu
- DİN-dən xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq
- DİN-dən əməliyyat keçirdi: 20 narkotacir tutuldu
- DİN-dən toylarla bağlı xəbərdarlıq
- DİN-dən vətəndaşın polisdə döyülməsi ilə bağlı AÇIQLAMA
- DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı AÇIQLAMA
- DİN-dən 30-dan çox polisin işdən çıxarılması məlumatına - Münasibət