İran xarici işlər nazirinin müavini Bakıya gəlir


16:44     21 Sentyabr 2021 2021/09/4950a-1632227647_1632228302.jpg

İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur bu gün Bakıya 3 günlük səfərə gələcək.

İranın Azərbaycandakı səfirliyindən Femida.az-a verilən xəbərə görə, səfər çərçivəsində o, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Məhəmməd Kazım Səccadpur Azərbaycanın bir sıra rəsmiləri ilə də görüşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1013