DSX və DTX Xəzər dənizində əməliyyat keçirib
17:42 21 Sentyabr 2021
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Femida.az-a bildirilib ki, cari ilin sentyabr ayının 21-də DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb.
Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qaydalarını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən DSX-nin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib. Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülmüş, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərriksiz rezin qayıq saxlanılıb.
Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.
Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilib.
Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Femida.az
Oxunub: 1217
Oxşar xəbərlər
- DSX-yə yeni sözçü təyin edilib
- DSX-nin baş çavuşu intihar edib
- DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib
- DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb
- DSX məlumat yayıb
- DSX-də 204 cinayət işi istintaq edilib, 85-nin icraatı dayandırılıb
- DSX özgəsinə məxsus sənədlə sərhədi keçmək istəyən 4 nəfəri saxlayıb
- DSX Akademiyasına qəbul elan edilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
- DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb