Haitidə donuz vəbası yayılıb


09:54     22 Sentyabr 2021 21_09_22_1632282903.jpg

Haitinin Dominikanla sərhəddə yerləşən bölgələrində Afrika donuz vəbası qeydə alınıb.

Femida.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Vəbaya yoluxan heyvanların dəqiq sayı barədə məlumat verilməyib. Sonuncu dəfə Haitidə infeksiyaya yoluxma 1984-cü ildə qeydə alınıb.

Xatırladaq ki, Afrika donuz vəbası yüksək yayılma qabiliyyətinə malik virus xəstəliyidir. İnsanlar üçün hələlik təhlükəli olmasa da, heyvanlara ölümcül təsir edir. Alimlər bu xəstəliyin vaksinini tapa bilməyiblər. Viruslar hətta insanın geyimində belə həftələrlə qalıb, yayılmaq xüsusiyyətinə malikdirlər.

Açar sözlər:

Oxunub: 906