Bakıda bir gecədə iki yol qəzası olub, xəsarət alanlar var
09:30 22 Sentyabr 2021
Bu gecə paytaxt Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az -ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Bayramlı Mətin Osman oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ sirkə kasasının sınığı diaqnozu qoyulub.
Digər hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1989-cu il təvəllüdlü Zeynalova Aygün Akif qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxunub: 1020
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb