Bakıda yol qəzasında ana və 4 yaşlı övladı ağır xəsarət alıblar


10:14     22 Sentyabr 2021 21_09_22_1632287676.jpg

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Həsən Əliyev prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - Dəmirova Cəmalə Mürşüd qızı və onun azyaşlı övladı, 2017-ci il təvəllüdlü Dəmirov Hüseyin Fərid oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıya qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 1001