Azərbaycanda daha 1 356 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb


20:45     22 Sentyabr 2021 2021/09/ca4ca620-18b1-341a-ab4b-c841c3e3d5bf_1632334068.jpeg

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 356 yeni yoluxma faktı qeydə alınıb, 2 651 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az- a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 476 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 441 731 nəfər müalicə olunaraq sağalıb, 6 370 nəfər vəfat edib, aktiv xəstə sayı 28 308 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 546, ötən müddət ərzində isə ümumilikdə 4 778 393 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 441