Goranboyda qətl törədilib


21:30     22 Sentyabr 2021 2021/09/3dd2456e-f183-3b8e-bdb3-a6f25b14d55c_850_1632334241.jpg

Goranboy rayonunda yerli sakin öldürülüb.

Femida.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Fərrux Qasımov qəsdən “Niva” markalı avtomobillə vurularaq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayonunun Buzluq kənd sakini, 1956-cı il təvəllüdlü Əmraslan Nağıyev saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, F.Qasımovla Ə.Nağıyev qudadırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1266