Vətən müharibəsi qazisinin evi yandı


22:11     22 Sentyabr 2021 2021/09/yannn_1632334782.jpg

Zaqatalada Vətən müharibəsi qazisinin evində yanğın baş verib.

Femida.az-ın məlumatına görə, bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Osmanov Ələddin Xaliddin oğluna məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün FHN-in müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ev sahibi Ələddin Osmanovun oğlu Elvin Osmanov Vətən müharibəsi iştirakçısıdır və o, döyüş zamanı yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1160