Abşeronda yol qəzası baş verib, ölən var - FOTO - VİDEO
10:33 24 Sentyabr 2021
Masazır qəsəbəsində motosiklet avtomobilə çırpılıb.
Femida.az xəbər verir ki, Əliağa Vahid küçəsində Elçin İbrahimov idarə etdiyi “Lada” markalı avtomobillə yaşadığı küçəyə dönmək istəyib.
Bu zaman motosikletin sürücüsü yüksək sürətlə avtomobilə çırpılıb. Motosikletin sürücüsü aldığı xəsarətlərdən ölüb.
Sürücü E.İbrahimov APA-ya verdiyi məlumata görə, motosikletin sürücüsünün dəbilqəsi olmayıb. Bundan əlavə, motosikletin heç bir işıq sistemi olmayıb. Hadisə şahidləri də sürücünün dediklərini təsdiqləyib.
Avtoqəzanın baş verdiyi əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü E.İbrahimov saxlanılıb. Ölən hələlik şəxsiyyəti məlum olmayan motosikletin sürücüsünün meyiti morqa təhvil verilib.
Oxunub: 500
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Abşeronda 32 yaşlı kişi intihara cəhd edib
- Abşeronda ata qızını qətlə yetirib
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb