Bakıdan regionlara dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
18:31 24 Sentyabr 2021
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
Femida.az -ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Qeyd edək ki, Azərbaycanda oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət də ləğv olunur.
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- Bakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib
- Bakıdan Kiyevə fevralın 28-ə olan uçuş ləğv olunub
- Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırılıb
- Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb
- Bakıdan Cəlilabadda qanunsuz ov etməyə gedən şəxslər saxlanılıb
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıdan keçən Türkiyənin ilk ixrac qatarı bu gün Qazaxıstana çatacaq
- Bakıdan Moskva və Kiyevə çarter reysləri yerinə yetiriləcək
- Bakıdan Sumqayıta yeni yol çəkiləcək
- Bakıdan 3 şəhərə xüsusi reyslər davam edəcək