Rusiya Qarabağa yardım göndərib


15:00     25 Sentyabr 2021 2021/09/yardi-1632564393_1632577329.jpg

Rusiyadan Azərbaycanın Dağlıq Qarabağ ərazisi üçün nəzərdə tutulan böyük həcmdə humanitar yardım Ermənistana çatdırılıb.

Femida.az
“Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələrinin İl-76 təyyarəsi Erebuni hava limanındakı bazaya əsasən geyim, ayaqqabı və müxtəlif ev əşyalarından ibarət 4 ton yardım gətirib.

Yük bu gün Dağlıq Qarabağa göndəriləcək və onun bir hissəsi Xankəndi və digər şəhərlərdəki uşaq evlərinə paylanacaq.

Humanitar təşəbbüs “Mersi” və “Doktor Liza” xeyriyyə fondları tərəfindən irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 258