Naxçıvanda Azərbaycan-Türkiyə təlimi davam edir - VİDEO


15:47     25 Sentyabr 2021 2021/09/f9e47-1632570752_1632578163.jpg

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir. Təlimin ssenarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.

Əlahiddə Ümumqoşun Ordudan Femida.az -a verilən məlumata görə, 1oşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.

Qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilir.



Femida.az

Açar sözlər:

Oxunub: 492