Zaqatalada sel ölümə səbəb oldu
18:22 25 Sentyabr 2021
Zaqatala rayonunda qeydə alınmış sel bir nəfərin ölümünə səbəb olub.
Femida.az xəbər verir ki, sentyabr ayının 22-si axşam saatlarından sentyabrın 25-i günorta saatlarına kimi ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Rayonlara sentyabrın 23-ü gecə saatlarında leysan yağışları yağıb. Leysan yağışları nəticəsində Balakən, Katex, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb.
Sentyabrın 23-ü gecə saatlarında çaylardan bir-neçə saat ərazində sel keçib. Sel nəticəsində Balakən və Zaqatala rayonlarında ümumilikdə 700-ə yaxın evin həyətyanı sahəsini və evlərin birinci mərtəbəsini sel suları dolub, hektarlarla əkin sahələrinə və fındıq bağlarına sel suları dolub. Elektrik və rabitə sisteminə ziyan dəyib.
Bundan başqa, Zaqatala rayonunun Qəbizdərə kənd sakini, 1968-ci il təvəllüdlü Abdulbari Müslüm oğlu Abdulxalıqov Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyərkən sel sularında boğularaq ölüb.
Tala çayından sel keçməsi nəticəsində Zaqatala rayonunun 17 min əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su xətti sıradan çıxıb.
Femida.az
Oxunub: 1444
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib