Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı
21:58 25 Sentyabr 2021
“Gənclər və idman naziri kimi Türkiyəyə ilk səfərimdir. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Türk Şurasının İdman Nazirlərinin Görüşündə türkiyəli həmkarımla yenidən bir araya gəldik və memorandum imzalandı. Burada da bir neçə görüşümüz oldu. Bu görüşlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi”.
Femida.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən “Texnofest” Festivalını ziyarət edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib.
Azərbaycanda 30-dan çox Gənclik evinin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, bu evlərin daha da fəal işləməsi üçün danışıqlar aparılır:
“Bununla əlaqədar bir sıra planlar var. Gənclik və İdman Nazirliyi nəzdində müəyyən şöbələr bu evlərlə işləyir və onların fəaliyyəti yenidən təhlil edilir. Pandemiya ilə əlaqədar uzun zaman bağlı qalan, xüsusilə regionlardaki Gənclik evlərinin bundan sonra daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir”.
Nazir festivaldakı Azərbaycan stendinə baxış keçirib, burada iştirak edən gənclərimizlə görüşüb.
Femida.az
Oxunub: 1246
Oxşar xəbərlər
- Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib
- Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
- Azərbaycanla Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
- Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır
- Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib
- Azərbaycanla İran arasında memorandum imzalandı