Pakistanda partlayış zamanı 4 hərbçi həlak olub, xəsarət alanlar var


10:12     26 Sentyabr 2021 21_09_26_1632636559.jpg

Pakistanın Bəlucistan əyalətində avtomobilin partladılması nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, daha 2 nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə sərhəd korpusu hərbi qulluqçularının Harnay əyalətində patrul xidməti zamanı baş verib. Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayış olub.

Açar sözlər:

Oxunub: 1184