Sabah hər kəs eyvanından bayraq assın
14:21 26 Sentyabr 2021
Sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.
Femida.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Eyni zamanda Bakının bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədilə eyvanlardan bayraqlar asılıb.
Ölkəmizin bütün vətəndaşlarını bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərinin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.
Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Femida.az
Oxunub: 1048
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"