Dərnəgüldə “KamAZ” və “Opel” toqquşub, xəsarət alan var


09:42     27 Sentyabr 2021 21_09_27_1632721368.jpg

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospektində “KamAZ” markalı yük avtomobili ilə “Opel” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Camalzadə Nicat Əvəz oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsin küt travması və bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 867


Oxşar xəbərlər