Bakıda avtomobillə vurulan piyada ağır yaralanıb


09:59     27 Sentyabr 2021 21_09_27_1632721482.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Cəlilov Kamal Qüdrət oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 271