Fransanın "Le Monde" qəzeti Qarabağ müharibəsinin nəticəsindən yazıb


13:59     27 Sentyabr 2021 21_09_27_1632734432.jpg

"Azərbaycan Şuşanı mədəniyyət paytaxtı elan edib, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi üçün fond yaradıb, bu şəhərə səfərlər başlayıb, məqsəd Şuşanı turizm mərkəzinə çevirməkdir".

Femida.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetinin İkinci Qarabağ müharibəsindən bir il sonra yaydığı məqaləsində bildirilib.

Məqalə müəllifinin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiyaya qarşı münasibətdə mövqeyi zəifdir: “Ölkədə işsizlərin sayı çoxalıb”.

O bildirib ki, Azərbaycanın işğaldan azad etdiyi bölgələrdə yaşayan 30 min erməninin çoxu kənd təsərrüfatı ilə məşğul olub. Müəllifin fikrincə, ermənilərin başlıca problemləri təhlükəsizliklə bağlıdır.

Müəllif müharibədən əvvəl Ermənistanın işğalı altında olan Şuşada ailəsi ilə yaşamış və sənəd üzərində hələ də buradakı tarixi muzeyin “direktoru” olduğunu söyləyən Aşot Harutyunyanla söhbət edib. O deyib ki, hazırda Yerevanda kiçik mənzildə qalır. Onun sözlərinə görə, indi onların çoxsaylı sosial problemləri var: “Mənzil, işsizlik, nəzarət-buraxılış məntəqələri, daimi etibarsızlıq...”

Məqalədə vurğulanıb ki, bir il əvvəl Azərbaycana qarşı müharibədən sonra geri qayıdan ermənilərin gündəlik həyatı kəskin dəyişib və acınacaqlıdır.

Müəllif yazıb ki, Aşot Harutyunyan onları İrəvanın ətrafındakı kiçik, uçuq-sökük divarları olan mənzildə qəbul etdi: “Buradakı mebellər ona aid deyildi”.

Məqalədə qeyd olunub ki, Qarabağdan Ermənistana köç edən ermənilər orada özlərini əcnəbi kimi hiss edirlər: “Artıq geriyə dönüş ola bilməz. Şuşa 2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağda başlayan və hər iki tərəfdən 6 mindən çox insanın ölümünə səbəb olan müharibədə Ermənistanın məğlubiyyətilə Azərbaycanın nəzarətinə keçib”.

Açar sözlər:

Oxunub: 1132