Ərdoğan İlham Əliyevə zəng edib
18:00 27 Sentyabr 2021
Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Femida.az xəbər verir ki, Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Femida.az
Oxunub: 1011
Oxşar xəbərlər
- Ərdoğan Azərbaycana gəlir
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ərdoğan Xamenei ilə görüşüb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğan Azərbaycana təşəkkür edib
- Ərdoğan Azərbaycana səfər edəcək
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub
- Ərdoğan və Putin telefonla danışıblar