Ərdoğanla Putin arasında görüş başa çatıb


18:47     29 Sentyabr 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş başa çatıb.

Femida.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla arasındakı danışıqların əhatəli keçdiyini bildirib.

***
14:41
Soçidə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında təkbətək görüş başlayıb.

Femida.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Dövlət başçıları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazdakı vəziyyəti müzakirə edirlər.

Xatırladaq ki, Ərdoğan bu gün Rusiyaya işgüzar səfər edib.

Femida.az

Açar sözlər: #Rusiya   #Türkiyə    

Oxunub: 875