İrəvanda yeni həbslər dalğası: Tonoyan saxlanıldı


18:59     29 Sentyabr 2021 2021/09/F19BDED7-5C80-4B8D-B1F3-7071E2D71D11_1632932430.png

İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın müdafiə naziri olmuş David Tonayan saxlanılıb.

Femida.az xəbər verir ki, məlumatı “Qraparak” qəzeti yayıb.

Bu gün məhkəmə onun barəsində həbs qətiimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

***
16:35
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş müdafiə naziri David Tonoyanın evində axtarış aparırlar. Femida.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Hraparak"ın yaydığı xəbərdə bildirilir ki, İkinci Qarabağ müharibəsinin ildönümü zamanı belə bir qərarın verilməsi bir sıra suallar yaradır.

- Əldə etdiyimiz məlumata görə, hazırda keçmiş müdafiə naziri David Tonoyanın mənzilində axtarışlar aparılır. Çox güman ki, Tonoyan nələrdəsə ittiham olunaraq həbs ediləcək. Bu proseslə paralel olaraq keçmiş hərbi aviasiya rəisi Avetik Muradyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyan ın da mənzillərində axtarışlar gedir.

Nəşr onu da iddia edib ki, Stepan Qalstyan Milli Təhlükəsizlik Xidmətinə dəvət edilib. Görünür bu proselər bu günlərdə MTX tərəfindən araşdırılan və silah tədarükü müqavilələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, dörd gün öncə MTX Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Yüksək rütbəli ordu məmuru yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketləri tədarük etməkdə ittiham olunub.

- Mənbəmizin bizə verdiyi məlumata görə, növbəti hədəf Yuri Xaçaturov və Seyran Ohanyan olacaq.

Femida.az

Açar sözlər: #Müdafiə-Naziri   #Ermənistan   #Həbs    

Oxunub: 495


Oxşar xəbərlər