Tovuzda qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkarlanıb


12:35     30 Sentyabr 2021 21_09_30_1632990927.jpg

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tovuz rayonu ərazisində fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirib.

AQTA-dan Femida.az-a verilən məlumata görə, reydlər zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Açar sözlər:

Oxunub: 419