Prokurorluq əməkdaşlarına ali xüsusi rütbələr verildi


15:36     30 Sentyabr 2021 2021/09/ilham-eliyev-1524496446_1633007600.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Musayev Elnur Novruz oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi

Əliyev Vüqar Nurəddin oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi

Sultanov Eldar Aslan oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi

Əhmədov Mübariz Hüseyn oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi.

Femida.az

Açar sözlər: #Baş-Prokurorluq   #Sərəncam    

Oxunub: 562