Astarada qanunsuz ov edənlər saxlanılıb
17:36 30 Sentyabr 2021
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Kələdəhnə kəndi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri - M.Rüstəmov və N.Rüstəmov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az -a verilən məlumata görə, onlardan qanunsuz olaraq ovladıqları 12 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi aşkarlanıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.
Femida.az
Oxunub: 803
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb
- Astara sakinlərindən qanunsuz silahlar götürülüb
- Ələt-Astara avtomobil yolunda oğurluq edən şəxs saxlanılıb
- Astarada qohumunu qətlə yetirən qadının məhkəməsi başlayır
- Astara sakinində qanunsuz odlu silah aşkarlanıb