Ermənistanda insanlar ətə və balığa həsrət qalıblar


22:36     01 Oktyabr 2021 2021/10/PIP-1633095712_1633113461.jpg

"Ermənistan əhalisinin istehlak etdiyi qidanın 30%-i taxıl və un məhsullarının payına düşür. Ölkənin vilayatlərində isə ət və ət məhsullarının istehlakı çox aşağı səviyyədədir".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Elmlər Akademiyasının ekoloji-noosfera tədqiqatlar mərkəzinin departament rəhbəri David Pipoyan deyib.

Pipoyan ölkədə çörək istehlakının da həcminin azaldığını bildirib. Əgər 2015-2016-cı illərdə bu göstərici adambaşına 280 qrama qədər idisə, cari ildə 180-220 civarındadır. Amma əhalinin rasionunda taxıl və un məmulatları 30% təşkil edir ki, bunun da böyük hissəsini hətta istehlakının azalmasına baxmayaraq, məhz çörək tutur.

“Ermənistan əhalisi gün ərzində orta hesabla 71 qram zülal, 245 qram karbohidrat, təxminən 42 qram yağ istehlak edir. Halbuki Avrasiya İqtisadi İttifaqının standartlarına görə, istehlak edilən yağın miqdarı adambaşına 83 qram olmalıdır. Yağlar və zülallarla bağlı məsələdə onların alındığı mənbə də çox vacibdir. Məsələn, Ermənistan əhalisi zülalın 51%-ni taxıl və un məhsullarının istehlakı nəticəsində alır. Yəni süd və ət məhsulları hesabına yox, bitki mənşəli mənbələr hesabına”, - Papiyan deyib.

Ekspert belə xoşagəlməz halı kasıblıq və qidalanma rejimi arasındakı birbaşa bağlılıqla izah edib.

"Maliyyə çətinlikləri üzündən əhalinin 20%-i zəruri olduğundan az kalori alır. Beynəlxalq təşkilatlar gündə 400-500 qram meyvə-tərəvəz istehlak etməyi məsləhət görürlər. Ermənistanda isə 7-8 ay ərzində bu rəqəm normadan 30-40% az olur. Bundan başqa, yalnız əhalinin 13%-i vaxtaşırı balıq yeyir, qalanları isə bu ərzağı ancaq bayramlarda özlərinə rəva görürlər. Ölkənin vilayətlərində ət məhsullarının istehlakı çox aşağı səviyyədədir. Kənd yerlərində elə ailələr var ki, hətta həftədə bir dəfə də olsa ət yeməkdən məhrumdurlar, - Papiyan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 976