Vəkilliyə qəbul üzrə test imtahanı keçirilir
11:33 02 Oktyabr 2021
Azərbaycanda vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.
Femida.az -ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) kompüter mərkəzində keçirilən imtahanda iki növbəli olmaqla 280 namizəd iştirak edir.
Üç saat davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilən namizədlər imtahanın növbəti. şifahi mərhələsində iştirak edə biləcəklər.
Hər sual 1 balla qiymətləndirilir.
İmtahanda iştirak edən ən yaşlı namizəd 64, ən gənc isə 24 yaşındadır.
Regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 68 faiz, regionlar üzrə 32 faizdir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Oxunub: 912
Oxşar xəbərlər
- Azərbaycanda 2 nəfər vəkilliyə yeni üzv qəbul olunub
- Vəkilliyə namizədlərlə onlayn icbari təlimə başlanıldı
- Vəkilliyə namizəd olan 94 nəfər icbari təlimə buraxıldı
- Vəkilliyə namizədlər üçün icbari təlim başladı
- Daha 135 nəfər vəkilliyə namizəd imtahandan uğurla keçdi - TAM SİYAHI
- Vəkilliyə namizəd olan 233 nəfər imtahan verir - CANLI YAYIM
- Vəkilliyə namizəd 84 nəfər icbari təlimə buraxılıb
- 84 nəfər vəkilliyə namizəd icbari təlimə buraxıldı
- Vəkilliyə qəbul olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!
- Vəkilliyə qəbul üçün növbəti imtahan tarixi AÇIQLANDI