Goranboyda iki avtomobil toqquşub, biri yanıb


13:26     02 Oktyabr 2021 21_10_02_1633166813.jpg

Goranboy rayonunun Ağamalıoğlu kəndində “BАЗ” markalı iki minik avtomobili toqquşub.

Femida.az -IN Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qəza nəticədə avtomobillərdən birinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 940