Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib


16:11     02 Oktyabr 2021 2021/10/3E698202-9829-469E-A6DD-E22589878B34_1633179190.jpeg

Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Femida.az -ın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov ardıcıl olaraq Ahmed Dudarov (Almaniya), Məhəmməd Əliyev (Ukrayna) və Sandro Aminaşviliyə (Gürcüstan) qalib gələrək yarımfinala yüksəlib. Abakarov finala gedən yolda Deyvid Teylorla (ABŞ) güləşəcək.

74 kq-da yarışan Coşqun Əzimov 1/16 final mərhələsində Mathayo Mahabilanı (Keniya) yensə də, Azamat Nurikovla (Belarus) bacarmayıb. Nurikov finala çıxsa, Əzimov sabah təsəlliverici görüşlərə qatılacaq.

Kənan Heybətov (61 kq) ilk görüşündə Yaroslav Xurskiyə (Ukrayna) uduzub. Onun rəqibi növbəti raundda məğlub olduğu üçün Heybətov mübarizəni dayandırıb.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Femida.az

Açar sözlər: #Güləş    

Oxunub: 1162