Şəhid Rəsul Sadıqovun xatirəsi anılıb - VİDEO
16:24 02 Oktyabr 2021
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən şəhid əsgər Rəsul Sadıqovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyi və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, yaxınları iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbir iştirakçılarına R.Sadıqovun qısa ömür və şərəfli döyüş yollarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər şəhidin tarixi ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsindən, Vətən müharibəsində göstərdiyi şücaətdən, qorxmazlığından danışıblar.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Femida.az
Oxunub: 515
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO