Xilasedicilər yataqxanada intihara cəhdin qarşısını alıblar


19:05     02 Oktyabr 2021 2021/10/FE7DA347-E9B9-4EEA-B53B-8060087CE014_1633189273.png

Oktyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Səttar Bəhlulzadə küçəsi 23 ünvanındakı yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər.

Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində həmin şəxsləri intihara cəhd etmək fikrindən daşındırmaq mümkün olub. Onlar xilasedicilər tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.

Femida.az

Açar sözlər: #Fhn    

Oxunub: 510