DİN-dən xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq


21:37     02 Oktyabr 2021 2021/10/628D4CB4-107B-4A9A-8408-CB1D23A1227A_1633204775.png

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev vətəndaşlara çağırış edib.

Femida.az xəbər verir ki, DİN rəsmisi vətəndaşlara tövsiyə edib ki, tanımadıqları şəxslərə bank kartlarının məlumatlarını verməsinlər.

- Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunub və ona "Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa...." deyilməklə, bank kartının məlumatları istənilib. Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.
Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kartı məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil.

Qeyd edək ki, son zamanlar oxşar halların sayı artıb. Naməlum və ya əcnəbi nömrələrindən zəng edən fırıldaqçılar insanlardan bank kartları ilə bağlı məlumatları əldə edərək onların hesabında olan pulları silirlər.


Femida.az

Açar sözlər: #DİN   #Bank    

Oxunub: 1065