Ermənistanda COVİD-19-a yoluxanların sayı 264 690 nəfərə çatıb


12:44     03 Oktyabr 2021 21_10_03_1633248364.jpg

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 264 690 nəfərə çatıb.
Femida.az -ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 907 nəfər COVİD-19-a yoluxub, 18 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 5 372 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 2 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 214 nəfərə yüksəlib.

Açar sözlər:

Oxunub: 399