İraqda polis şöbəsinə terror hücumu


22:25     03 Oktyabr 2021 2021/10/iraq_1633285608.jpg

İraqın Ənbar vilayətində polis şöbəsinə bomba yüklü maşınla hücum edilib.

Femida.az xəbər verir ki, bu barədə Ənbar Əməliyyatlar komandanı Nasir Gennam məlumat yayıb.

O bildirib ki, hücumda istifadə edilən maşın və sürücüsü zərərsizləşdirilib.

Dağıntı və tələfat yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 898