Azərbaycanda yoluxma ilə bağlı yeni statistika


10:30     04 Oktyabr 2021 2021/10/C5DD213F-3044-48A1-B0F8-6E5181EB6A44_1633327689.jpeg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Femida.az xəbər verir ki, ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 13,4 %, Aranda 12,1 %, Gəncə-Qazaxda 7 %, Şəki-Zaqatalada 3,6 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,5 %, Naxçıvan Muxtar Respublikasında 0,7 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.

Femida.az

Açar sözlər: #Koronavirus    

Oxunub: 902