Jurnalistlərə təhlükəli bölgələrdə fəaliyyət barədə treyninq keçirilib


10:44     04 Oktyabr 2021 2021/10/EBFD5127-1CFC-438A-B85A-9FF802AA038E_1633327970.png

4-8 oktyabr tarixlərində “Lazarus Training” təşkilatı tərəfindən media subyektlərinin əməkdaşlarından seçilmiş 40 nəfərlik heyətə təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında xüsusi treninq təşkil edilib.

Femida.az xəbər verir ki, təlim 2 qrup üzrə (hər qrupda 20 nümayəndə) ümumilikdə 5 gün (hər qrupa 2 gün yarım) davam edəcək.

Təlimlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində baş tutub.

Birinci qrupun nümayəndələri 4-6 oktyabr tarixlərində təlimlərdə iştirak edəcəklər.

Qeyd edək ki, “Lazarus Training” İngiltərədə yerləşən, müxtəlif qurum və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşan təşkilatdır.

Femida.az

Açar sözlər:

Oxunub: 941