Azad olunan ərazilərdə daha 512 mina aşkarlanıb


14:49     04 Oktyabr 2021 2021/10/F1743764-BD6D-4CA8-A1FA-1FD8F967F31C_1633344421.png

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Femida.az -a verilən məlumata görə, sentyabrın 1-dən oktyabrın 2-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 429, tank əleyhinə 83 mina və 533 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 962 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Femida.az

Açar sözlər: #ANAMA    

Oxunub: 906