Bayden: “Defolt dolların dünya valyutası statusunu təhdid edir”


09:39     05 Oktyabr 2021 2021/10/DD71CFC7-2A48-4C50-9A16-622DA8A17D1E_1633411437.jpeg

“ABŞ Konqresinin dövlət borcunun yuxarı həddinin artırılmasına razılıq vermədiyi təqdirdə baş verə biləcək potensial defolt, dolların dünyanın ehtiyat valyutası statusunu təhlükəyə atacaq”.

Femida.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

Onun sözlərinə görə, razılıq əldə edilməsə Amerikanın kredit reytinqi aşağı salınacaq, kredit faizləri artacaq:

“Respublikaçılar nəinki işlərini görməkdən imtina edirlər, həm də səlahiyyətlərindən istifadə etməklə iqtisadiyyatı fəlakətli hadisədən qorumaqla bağlı görəcəyimiz işlərə mane olacaqları ilə hədələyirlər. Ölkəni xilas etməyə kömək etmək istəmirsən, onda onu məhv etməmək üçün yoldan çıx”.

Bayden həmçinin, ABŞ -ın borc öhdəliklərini yerinə yetirməyəcəyinə zəmanət verə bilməyəcəyini söyləyib. Amerika lideri bu problemin həllinin respublikaçıların Konqresdəki davranışlardan asılı olacağını vurğulayıb.

Femida.az

Açar sözlər: #ABŞ    

Oxunub: 968