DİN: "Müraciətlərin araşdırılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir"
15:47 07 Oktyabr 2021
"Bir qrup Göyçay rayon sakininin onlara qarşı dələduzluq edən şəxs barədə polisə olunan müraciətlərinin araşdırılmaması ilə bağlı iddiaları həqiqəti əks etdirmir".
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.
O bildirib ki, həmin şəxslər Rəvanə Kərimovanın onların etibarından sui-istifadə edərək, biznes qurmaq adı ilə xeyli məbləğdə pullarını ələ keçirdiyini bildirib və barəsində qanuni tədbir görülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediblər:
"Nizami Rayon Polis İdarəsində aparılan ilkin araşdırmanın nəticəsində məsələnin mülki xarakterli olduğu aydınlaşıb və zərərçəkmişlərin məhkəməyə müraciət etmələri bildirilib. Sentyabrın 20-də isə Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rəfael Musayev Rəvanə Kərimovanın qardaşı Əbülfəz Həbibbəylinin onun oğlu Rauf Musayevdən 70 min manat pul tələb etdiyini, əks təqdirdə onu öldürəcəyi ilə hədələdiyini bildirib. Buna səbəb kimi isə Rəvanə Kərimova barəsində polisə etdiyi şikayəti əsas gətirib. Hazırda daxil olmuş müraciət əsasında Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Oxunub: 657
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"