Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
11:54 08 Oktyabr 2021
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Femida.az xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.
Femida.az
Oxunub: 675