Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb


19:44     08 Oktyabr 2021 21_10_08_1633705558.jpg

Azərbaycan cüdoçusu Elcan Hacıyev İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Femida.az -IN məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Hacıyev bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov gümüş medala yiyələnib.

Açar sözlər:

Oxunub: 728