Azərbaycan millisinin daha bir oyunu koronavirusa görə təxirə salınıb


21:11     08 Oktyabr 2021 21_10_08_1633711941.jpg

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki daha bir oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Femida.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Belçika millisi ilə oktyabrın 9-da keçirilməli olan matç nəzərdə tutulan vaxtda baş tutmayacaq.

Buna hazırda sözügedən ölkədə səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxmasıdır.

Qeyd edək ki, daha əvvəl U-17-nin Norveçlə görüşü də eyni səbəbdən təxirə salınıb.

Açar sözlər:

Oxunub: 869