Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var


22:35     08 Oktyabr 2021 2021/10/2e416949-30c5-3593-ac83-842b32a47e07_850_1633718158.jpg

Goranboyda yol qəzası olub.

Hadisə Şəfəq kəndində qeydə alınıb. "VAZ-21099" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində "VAZ-21099"un sürücüsü, 1992-ci il təvəllüdlü R.Namazov xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza nəticəsində digər avtomobildə olan 1 nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb

Açar sözlər:

Oxunub: 918