Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək


09:15     10 Oktyabr 2021 2021/10/F1ED88EB-5718-4555-8C51-C6C70740BCCE_1633845411.png

Bu gün İraqda Nümayəndələr Şurasına (parlament) növbədənkənar seçkilər keçiriləcək.

Femida.az xəbər verir ki, 322 deputat mandatına 3,2 mindən çox namizəd iddialıdır. Onlardan 951-i qadındır. Deputatlığa iddialılardan 789-u müstəqil namizədlərdir.

Ölkənin 83 seçki dairəsində əsasən dini və etnik zəmində qurulan qanunverici orqandakı yerlər uğrunda 109 partiya və 21 siyasi koalisiya mübarizə aparacaq.

Qeyd edək ki, İraqda növbədənkənar seçkilərin keçirilməsinə zərurət 2019-cu ilin payızında ölkəni bürüyən etiraz dalğalarından sonra yaranıb. Həmin vaxt Ərəb Respublikasında 1 il əvvəl - 2018-ci ilin may ayında əvvəlki seçkilərin nəticələrinə görə qurulan Nazirlər Kabineti kütləvi etirazlara görə istefaya gedib.

Son aylar təhlükə altında olan, əvvəlcə təşkili 6 iyuna planlaşdırılan ümumxalq səsverməsi olduqca ciddi təhlükəsizlik tədbirləri ilə keçiriləcək. Xüsusən bu gün ölkənin bütün sərhəd keçid məntəqələri və hava limanları bağlanacaq.

Qeyd edək ki, 40 milyon nəfər əhalisi olan İraqda təxminən 26,9 milyon insanın səs vermək hüququ var.


Femida.az

Açar sözlər:

Oxunub: 727