Gürcüstanda daha 25 nəfər koronavirusdan ölüb


11:23     10 Oktyabr 2021 2021/10/CD454FA6-E5FC-4771-BBD8-5709C246DE0F_1633850485.png

Gürcüstanda son sutkada koronavirusa 2 490 yeni yoluxma faktı qeydə alınıb, 25 pasiyent vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 634 053 nəfər yoluxub. Onların 600 524-ü sağalıb, 9 246-sı dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 24 257 nəfər təşkil edir.


Femida.az

Açar sözlər: #Koronavirus    

Oxunub: 799