Paşinyan oktyabrın 12-də Putinlə görüşəcək


15:06     10 Oktyabr 2021 21_10_10_1633878398.jpg

Oktyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
Femida.az -IN xəbərinə görə, bu barədə "Moskva. Kreml. Putin" proqramında bildirilib.
Xatırladaq ki, V. Putin və N. Paşinyan bundan əvvəl bu il iyulun 7-də Ermənistanda parlament seçkilərindən sonra görüşüb.
Qeyd edək ki, bu gün Ermənistan müdafiə naziri Arşak Karapetyan da Moskvaya səfər edib.

Açar sözlər:

Oxunub: 535