Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib
19:38 11 Oktyabr 2021
Bakı şəhəri 51 nömrəli tam orta məktəbin 1a sinfinin müəlliminin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az -a bildirilib. Qeyd edilib ki, eyni zamanda paytaxtdakı 225 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavininin COVİD-19 infeksiyasına yoluxduğu təsdiq olunub. O, digər şəxslərlə təmasda olmadığına görə məktəbdə heç bir sinif distant təhsilə keçməyib. Hər iki məktəbdə əyani təhsil davam edir.
Qeyd edək ki, paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.
Femida.az
Oxunub: 879
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub