Lənkəranda narkotik satan 13 şəxs saxlanılıb


11:16     12 Oktyabr 2021 21_10_12_1634023066.jpg

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər rayon sakini saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinları E.Nəsirov, C.Rzazadə, F.Hadıyev, X.Qubadov, C.Nəcəfov, Ş.Hüseynov, Ə.Əliyev, R.Musayev, İ.Həsənov, R.Bağırov, X.Qasımov, Ş.Əzimov və qardaşı F.Əzimov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Açar sözlər:

Oxunub: 574