Azərbaycanda dini sahəyə nəzarətin gücləndirilməsi təklif edilir


11:26     12 Oktyabr 2021 21_10_12_1634023593.jpg

“Azərbaycanın şanlı qələbəsi bəzilərini narahat edir. Azərbaycan güclü dövlətdir və heç kim bizi haqq yolundan çəkindirə bilməz. Ancaq burada din amilindən istifadə edilir”.

Femida.az -ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bəzi dairələr Azərbaycanın dövlət adamlarını sionizmin xidmətçiləri kimi təqdim edirlər: “Hesab edirəm ki, dini sahə ilə bağlı məsələlərə nəzarət daha da gücləndirilməlidir”.

Açar sözlər:

Oxunub: 794